Modern.az

Şimali Koreya liderindən göstəriş - Raket istehsalını artırın!

Şimali Koreya liderindən göstəriş - Raket istehsalını artırın!

Dünya

14 Avqust 2023, 12:56

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya və ABŞ-ın həyata keçirəcəyi hərbi təlimdən əvvəl təhdidlərə hazır olmaq üçün raket istehsalının artırılmasına göstəriş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın 10 günlük "Ulchi Freedom Guardian" hərbi təlimi keçirəcəklərini elan etməsindən sonra hərəkətə keçib.

 

Kim Çen İn raket və artilleriya mərmiləri istehsal edən sursat fabrikinə baş çəkən zaman hərbi hissələrin ehtiyaclarını ödəmək üçün raket istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağı əmr edib.

 

"Müharibəyə hazırlıq səviyyələri sursat sənayesinin inkişafından asılıdır və buna görə də ordumuzun döyüş hazırlığını sürətləndirməkdə fabrikin üzərinə böyük məsuliyyət düşür", - o deyib.

 

O, Şimali Koreya ordusunun hərbi gücünün qorunub saxlanmalı olduğunu və hər hansı bir müharibənin öhdəsindən gəlmək üçün möhkəm hazırlıq görməli olduqlarını bəyan edib: “Bu yolla düşmənin güc tətbiq etməyə cəsarəti çatmaz, güc tətbiq edərsə, düşmən məhv ediləcək”.

 

ABŞ və Cənubi Koreyanın birgə keçirəcəyi nüvə və raket təhdidlərinə qarşı hərbi imkanların inkişafı üçün təşkil edilən "Ulchi Freedom Guardian" yay təliminin 21-31 avqust tarixləri arasında keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok