Modern.az

İngiliscə bilən və bilməyən Türkiyə liderləri - ARAŞDIRMA

İngiliscə bilən və bilməyən Türkiyə liderləri - ARAŞDIRMA

25 Yanvar 2024, 10:54

Türkiyədə siyasi liderlərə ingilis dili biliyi daha çox lazım olur. Regional və beynəlxalq aktorlardan biri kimi qlobal geopolitik proseslərdə aktiv iştirak edən, xarici dövlətlərlə danışıqlar aparan, Avropa İttifaqı üzvlüyünə namizəd ölkə kimi müzakirələri davam etdirən, NATO-dakı əsas müttəfiqlərdən biri kimi çıxış edən qardaş ölkəni idarə edənlər hər zaman dünyaya açılan diplomatiyaya sahib olublar. Bu baxımdan ya liderlər ingiliscəni mükəmməl bilib, ya da ətrafındakılar...

 

Modern.az Türkiyə mətbuatına nəzər yetirərək mövzu ilə bağlı kiçik bir araşdırma edib.

 

Türkiyədəki siyasətçilərdən hansılar ingiliscə bilir, hansılar bilmir?

 

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan danışıq səviyyəsində səlis ingiliscə bilməsə də, bu dilin imkanlarından zaman-zaman istifadə etməyi bacarıb. Onun Davosdakı məşhur "one minute" replikası uzun müddət gündəmdən düşməmişdi.

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də Ərdoğan kimi ingiliscə bilmir.

 

Sabiq iqtisadiyyat naziri, XİN başçısı və baş nazirin müavini, hazırda DEVA Partiyasının sədri olan Ali Babacan irəli səviyyədə ingiliscə bilən siyasi liderlərdəndir.

 

CHP-dən İstanbul bələdiyyəsinin sədri olan Ekrem İmamoğlu da ingilis dilini bilir. Ankara bələdiyyəsinin sədri Mansur Yavaş isə həmkarından fərqli olaraq bu dildə ünsiyyət qura bilmir.

 

Böyük Britaniyada təhsil almış Səadət Partiyasının sədri Temel Karamollaoğlu akademik səviyyədə ingiliscənin istifadəçisi olsa da, danışıq zamanı müəyyən tələffüz problemləri yaşayır.

 

Bundan başqa, MHP sədri Devlet Bahçeli, İYİ Partiyanın lideri Meral Akşener, Məmləkət Partiyasının sədri Muharrem İnce isə ingiliscə bilmirlər.

 

Sabiq baş nazir və xarici işlər naziri, Gələcək Partiyasının sədri Ahmet Davutoğlu, eləcə də ultra-sağçı Zəfər Partiyasının rəhbəri Ümit Özdağ normal səviyyədə ingilis dilinə hakimdirlər.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok