Modern.az

Məhkəmə "Abzas Media"nın əməkdaşı barədə qərar verdi

Məhkəmə

Media

30 Aprel 2024, 13:02

Məhkəmə "Abzas Media" işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.

 

Modern.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.

 

Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.

 

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi