Dekabrın 30-da həbs olunaraq həbsxanaya aparılan iş adamı Rza Zərrabın İrandakı ortağı Babək Zəncaninin bütün mülkiyyəti müsadirə olunub. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, İran rəsmiləri Zəncaninin neft satışından dövlətə 2 milyard avrodan çox borcunun olduğunu bəyan ediblər.