Modern.az

Samux rayon sakini qazdan, Abşeron sakini turşudan zəhərlənib öldü

Samux rayon sakini qazdan, Abşeron sakini turşudan zəhərlənib öldü

9 Yanvar 2015, 13:10


Yanvarın 8-də Samux rayonunun Əhmədbəyli kənd sakini Zabit İmanov dəm qazından zəhərlənərək dünyasını dəyişib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 7-də sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilən Abşeron rayon sakini Mübariz Quliyev yanvarın 8-də ölüb.

Digər məlumata görə, yanvarın 9-da Abşeron rayonunun Masazır qəsəbə sakini Uğur Muxtarov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.          

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok