ABŞ-ın Viskonsin ştatında azərbaycanlı ər öz həyat yoldaşın qətlə yetirib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ABŞ sakini Fuad Paşayev 3 ildir ki, evli olduğu 23 yaşlı Tatyana Qujvu boğaraq öldürüb.
Hadisənin hələ martın 30-da baş verdiyi, amma Paşayevin cəsədi gizlətdiyi üçün yalınz aprelin 10-da cinayət işinin başlandığı məlumdur.
Bundan əvvəl də, Tatyana məişət zorakılğı zəminində ərindən polisə şikayət edib. Cütlüyün 2 yaşlı Səbinə adlı qızı qalıb. Səbinənin Tatyana Qujvun Ukraynanın Lvov şəhərində yaşayan valideynlərinin himayəsinə veriləcəyi gözlənilir.