Modern.az

Türkiyədəki yeni səfirimiz müharibə veteranıdır - DOSYE

Türkiyədəki yeni səfirimiz müharibə veteranıdır - DOSYE

Ölkə

26 İyul 2021, 13:32

Xəbər verdiyimiz kimi, bu gün Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Türkiyədəki yeni səfirimiz kimdir?

 

Modern.az-ın məlumatına görə, Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub. 1990–1995 –ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.2002–2004- cü illərdə G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2017–2020-ci illərdə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

 

R.Məmmədov əmək fəaliyyətinə Ədliyyə Nazirliyində başlayıb. 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992-1994-ci illərdə həqiqi hərbi xidmətdə olub.

 

Səfir həm də Birinci Qarabağ müharibəsi veteranıdır. Belə ki, o, Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub.

 

Bundan əlavə, R.Məmmədov 1996-2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe, 2001-2006 -cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib işləyib. 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquq məsələləri şöbəsinin müdiri, 2008-2010-cı illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010-cu ildə Prezidentin Sərəncamı ilə R.Məmmədova Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub.

 

2015-2021-ci illərdə isə Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 

 İngilis və rus dillərini bilir. Evlidir, üç övladı var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok