Modern.az

İki ayda 38 nəfər dəm qazından, 15-i içkidən ZƏHƏRLƏNİB

İki ayda 38 nəfər dəm qazından, 15-i içkidən ZƏHƏRLƏNİB

9 Mart 2023, 10:58

2023-ü ilin ilk iki ayının zəhərlənmə statistikası məlum olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

 

Belə ki, yanvar və fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 1900 nəfər müraciət edib. Onlardan 244-ü Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qəbul olan xəstələrdən 118-i dərmandan, 37-si sirkə turşusundan, 38-i dəm qazından, 15-i alkoqollu içkidən zəhərlənib. Digərlərindən 8-i anaflaksiya, 20-si allergik reaksiya, 8 nəfə isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Zəhərlənən şəxslərin 106-sı qadın, 88-i kişi, 50-si uşaq olub.

 

Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 4 nəfər sirkə turşusundan, 2 nəfər metil spirtindən, 5 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 10-u kişi, 3-ü qadındır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir