Modern.az

Əfvlə bağlı 1200-dən çox müraciətə BAXILIB

Əfvlə bağlı 1200-dən çox müraciətə BAXILIB

Ölkə

14 Mart 2023, 16:40

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

 

Bununla da iclaslarda baxılan müraciətlərin sayı 1200-ü ötüb.

 

Qeyd edək ki, ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü