Modern.az

Daha bir partiya özünü buraxdı - 21 oldular...

Daha bir partiya özünü buraxdı - 21 oldular...

14 May 2023, 15:29

Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Vətənpərvərlər Partiyası özünü buraxmaq barədə qərar verib.

 

1994-cü ildə yaradılan partiyaya Elvin Mahmudzadə rəhbərlik edirdi.

 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 21-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:

 

1. Qorqud Partiyası

2. Azərbaycan Kommunist Partiyası

3. Azərbaycan Tərəqqi Partiyası

4. Vahid Azərbaycan Milli Birlik Partiyası

5. Aydınlar Partiyası

6. Müstəqil Xalq Partiyası (MXP)

7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)

8. Yeni Yol Partiyası

9. Azərbaycan Respublikaçılar Partiyası

10. Müstəqil Azərbaycan Partiyası

11. Azərbaycan Vahid Kommunist Partiyası

12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

14. Milli Vəhdət Partiyası (MVP)

15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

17. Azərbaycan Təkamül Partiyası

18. Birlik Partiyası

19. Azərbaycan Azad Respublikaçılar Partiyası

20. Milli Konqres Partiyası

21. Vətənpərvərlər Partiyası

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir