Modern.az

İcra hakimiyyətlərinin normativ hüquqi aktları hazırlanacaq

İcra hakimiyyətlərinin normativ hüquqi aktları hazırlanacaq

Ölkə

5 Avqust 2023, 12:49

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Normativ hüquqi aktlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 

Eyni zamanda Nazirlər Kabineti 2 ay ərzində . normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok