Modern.az

Hökumətdə niyə böyük dəyişiklik olmadı? - "Bu, Zəfər komandasıdır"

Hökumətdə niyə böyük dəyişiklik olmadı? -

Ölkə

16 Fevral 2024, 17:00

Bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Əvvəlki tərkib, demək olar ki, dəyişməyib. Yeni kabinetdə ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri öz vəzifələrini itirib.

 

Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası isə Komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

 

Nazirlər Kabinetinin yeni tərkibini Modern.az-a şərh edən Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov Nazirlər Kabinetinin tərkibində az dəyişiklik edilməsinin səbəbini belə izah edib:

 

"Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi. Yenilik bir nazir, bir komitə sədri ilə bağlıdır. Bu gözlənilən idi. Əvvəla ona görə ki, Prezident inaqurasiya mərasimində bu komandaya öz təşəkkürünü bildirdi. Bu komanda zəfər komandasıdır. Tarixi zəfərə bu komandanın birgə səyləri nəticəsində imza atmışıq. Bu nöqteyi-nəzərdən  həmin  komandanın yeni şəraitdə qorunub saxlanılması gözlənilən idi. Eyni zamanda müəyyən dəyişikliklər də istisna deyildi".

E.Nəsirov ictimaiyyətin prezidentin hər zaman olduğu kimi indi də doğru qərar verdiyini bildiyini söyləyib:

 

"Qarşıdakı hədəflərə çatmaqda indiki heyətin potensialı var. Onların vaxtilə sınaqdan üzüağ çıxması ümid verir. Yeni hədəflərə də məhz bu komanda ilə çata biləcəyik. Cənab prezident komandasının hər bir üzvünü yaxşı tanıyır. Onların bütün keyfiyyəttlərini əla bilir. Bu baxımdan ölkə prezidentinin hər zaman olduğu kimi indi də doğru-düzgün qərar qəbul etdiyini ictimaiyyətimiz bilir. Xalqımız bunu qəbul edir".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi