Modern.az

Azərbaycan xalqının kədərinə şərikik - Fransa səfiri

Azərbaycan xalqının kədərinə şərikik - Fransa səfiri

26 Fevral 2024, 12:54

Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

 

“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik”, - paylaşımda qeyd edilib.

 

Diplomatik nümayəndəlik vurğulayıb ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri