Modern.az

Beyləqanda avtomat və qumbara TAPILDI

Beyləqanda avtomat və qumbara TAPILDI

Ölkə

31 Mart 2024, 16:38

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

 

Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd "AK-74" silahını, 2 ədəd "F-1" və 1 ədəd "RQN-D" əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

 

Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir