Modern.az

Müğənni Rəqsanə açıqlama yaydı: "Moskvadakı evimdəyəm"

Müğənni Rəqsanə açıqlama yaydı:

Ölkə

4 Aprel 2024, 15:50

“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

 

Modern.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

 

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

 

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.

 

***

15:05

 

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

 

Qeyd olunub ki, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb. O, Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işində şahid qismində dindirilib.

 

İstintaqın versiyasına görə, İsmayılova Qurbanov soyadlı şəxsə Smirnovaya verməsi üçün 650 min rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.

 

2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.

 

Qeyd edək ki, Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Goranboyda anadan olub. O, 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir