Modern.az

İran ABŞ-a “qırmızı xətt”ini ELAN ETDİ

İran ABŞ-a “qırmızı xətt”ini ELAN ETDİ

Dünya

28 May 2026, 09:21

İranın ali liderinin beynəlxalq münasibətlər üzrə müşaviri, eks-xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib ki, İranın “qırmızı xətlər”i aydındır və bu dəfə razılaşmalar yalnız imzalarla təmin oluna bilməz. O əlavə edib ki, razılaşmanın konkret təminatı Hörmüz boğazıdır.

Modern.az xəbər verir ki, Vilayəti sosial media hesabında paylaşdığı açıqlamada bunları deyib:

“Tarix göstərir ki, hökmranlıq arzusu ilə gələn bütün təcavüzkarlar - İsgəndərdən Çingiz xana və Trampa qədər - İranın zəngin sivilizasiyası içində əriyib yox olublar”.

O, həmçinin bildirib:

“Millət olmaq neft dollarları ilə satın alına və ya icarəyə götürülə bilən bir şey deyil, köklü və sivilizasiyaya əsaslanan bir kimlikdir”.

İranın “qırmızı xətlər”inin dəqiq olduğunu vurğulayan Vilayəti əlavə edib:

“Bu dəfə kağızlar və imzalar təminat deyil. Razılaşmanın davamlılığının konkret təminatı Hörmüz boğazıdır. Coğrafiya yalan danışmır və son hakim kağız üzərindəki razılaşmadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!