Modern.az

ABŞ İran bazasını vurdu - SEPAH cavab verdi

ABŞ İran bazasını vurdu - SEPAH cavab verdi

Dünya

28 May 2026, 08:40

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana məxsus Bəndər-Abbas hava limanı yaxınlığındakı obyektə endirdiyi zərbələrə cavab olaraq Amerika hərbi bazasına hücum edib.

Modern.az xəbər verir ki, SEPAH bununla bağlı mayın 28-də bəyanat yayıb.

“Bu cavab düşmənə ciddi xəbərdarlıqdır ki, hücum cavabsız qalmayacaq və bu təkrarlanarsa, cavabımız daha qətiyyətli olacaq”, - deyə bəyanatdan bir hissəni "Tasnim" yayıb.

SEPAH-ın bildirdiyinə görə, nəticələrə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.

Daha əvvəl "Reuters" agentliyi ABŞ-ın İran hərbi obyektinə zərbələr endirdiyini xəbər vermişdi. Amerika hərbçiləri həmçinin təhlükə yaradan bir neçə İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!