Modern.az

Məscidlərdə bayram namazı qılındı

Məscidlərdə bayram namazı qılındı

Ölkə

Bu gün, 09:10

Azərbaycanda Qurban bayramı münasibətilə ölkənin müxtəlif məscidlərində bayram namazı qılınıb.

Modern.az xəbər verir ki, paytaxt və bölgələrdə yerləşən ibadət ocaqlarında keçirilən mərasimlərdə din xadimləri və yüzlərlə vətəndaş iştirak edib.

Bakıda yerləşən Əjdərbəy məscidində bayram namazı səhər saatlarında qılınıb. Təzəpir məscidində təşkil olunan ibadət mərasiminə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edib.

Namaz zamanı Azərbaycanın firavanlığı, ölkədə sabitlik və əmin-amanlığın davam etməsi üçün dualar oxunub, həmçinin Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı bu il 26-27 may tarixlərinə təsadüf edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı