Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq .
Modern.az-ın məlumatına görə, Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilən yeni qanun layihələri aşağıdakılardır.
1. “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi;
2. “Hesablama Palatası haqqında” qanun layihəsi;
3. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi;
4. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi;
5. “Psixoloji yardım haqqında” qanun layihəsi;
6. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi;
7. “Peşə təhsili haqqında” qanun layihəsi.