Ötən günlərdə Milli Məclisin 10-dan çox deputatında COVID-19 virusunun aşkarlandığı barədə xəbər vermişdik. Bu səbəbdən də parlamentin son iclasında bəzi deputatlar iştirak etməyib.
Bəs hazırda koronavirusdan müalicə olunun adeputatların durumu necədir?
Virusla mübarizə aparan deputat Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, hazırda müalicəsinə davam edir:
“Ümumi vəziyyətim normaldır. Həkim müayinəsi altında müalicələrim davam edir”.
Deputat xəstəxanaya getmədiyini deyib:
“Ev şəraitində müalicə alıram. Xəstəxanaya getməyə hələ ki ehtiyac yoxdur. İnşallah, hər şey yaxşı olar”.