Modern.az

İnflyasiya enəcək - Maliyyə nazirindən proqnoz

İnflyasiya enəcək - Maliyyə nazirindən proqnoz

Parlament

2 İyun 2023, 11:37

Orta illik inflyasiyanın enməsi nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

 

“Yenidən baxılan dövlət büdəcinə əsasən, neftin bir barelinin orta ixrac qiymətinin 60,0 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görünsə də, real qiymətdir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür. Eyni zamanda vacib faktorlardan biri də gəlirlər üzrə proqnozların tərtib olunması üçün qeyri-neft ÜDM-dir. Görünən odur ki, qeyri-neft ÜDM-i əvvəlki proqnozla müqayisədə artırılıb. Bunu nəzərə alaraq, orta illik inflyasiyanın enməsi nəzərdə tutulur”,- deyə nazir bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır