Azərbaycanın işğal altındakı torpaqlarında yaranmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan 2020-ci ildə yeni “seçki”lərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu addımı demokratik prinsipləre və separatçı regionda sabitliyi saxlamaq üçün atdığını deyib.
Buna qədər, separatçı lider 2030-cu ilə qədər daha 2 müddətə “prezident” postunda qalmağı planlaşdırırdı.
Xatırladaq ki, iyunun 4-də Xankəndində mülki vətəndaşların döyülməsinə görə başlayan etirazlara görə, “baş nazir” Araik Arutunyan və daha bir neçə “nazir” istefa vermişdi.