Modern.az

Qarabağ separatçılarının lideri Koçaryanın azad olunmasını tələb etdi

Qarabağ separatçılarının lideri Koçaryanın azad olunmasını tələb etdi

Qarabağ

7 May 2019, 15:46

Azərbaycanın işğal altındakı torplaqlarında yaradılmış qondarma Qarabağ rejiminin lideri Bako Saakyan və keçmiş lider Arkadi Qukasyan Robert Koçaryanın azad olunmasını tələb ediblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar Ermənistanın Baş prokuroru Artur Davtyana müraciət edərək mayın 9-da Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı Koçaryanın müvəqqəti sərbəst buraxılmasını istəyiblər.

Onlar işğalla bağlı tədbirlərdən sonra Koçaryanın yenidən Yerevandaklı təcridxanaya geri qaytarılıacağına zəmanət verirlər.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok