Ermənistan ordusunun işğal altındakı Qarabağ torpaqlarında qurduğu döyüş mövqelərinin yeni fotoları yayımlanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəkillərdə Azərbaycan ordusu ilə üzbəüz dayanmış düşmən hərbçiləri “Kord” pulemyotları, “Kalaşnikov” avtomatları ilə silahlanıblar. Düşmənin döyüş postunun Qarabağın cənub istiqamətində yerləşdiyi bildirilir.