Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Kipr Respublikasının Strovolos şəhərinin meri nümayəndə heyəti ilə birgə Qarabağa gəlib.
Separatçı rejimin rəhbərliyi ilə görüşən kiprli mer turizm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib.