Qərblə Rusiya arasında gizli Qarabağ danışıqları - Nələr müzakirə edilib...

Qərblə Rusiya arasında gizli Qarabağ danışıqları - Nələr müzakirə edilib...

Qarabağ

4 Oktyabr 2023, 10:04

ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

 

Danışıqların Türkiyədə baş tutduğu bildirilir. Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, görüş sentyabrın 17-də İstanbulda keçirilib.

 

Görüşdə Xankəndiyə gedən yük maşınlarının necə hərəkət etməsi, ərzaq və yanacaq təchizatının çatdırılması müzakirə edilib.

 

ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?