Modern.az

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var”

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var”

8 Dekabr 2023, 08:50

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, – o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri