Bakının Yasamal rayonunda restoranda dava zamanı 1 nəfər bıçaq xəsarəti alıb.
Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə Mətbuat prospektində, "Star Hall" restoranında baş verib.
Bir neçə nəfər arasında baş verən dava zamanı 1994-cü il təvəllüdlü Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.