Modern.az

Nazirlə görüş vaxtı dəyişdirilib

Nazirlə görüş vaxtı dəyişdirilib

مورد توجه

26 Noyabr 2019, 10:15

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Kürdəmir rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi noyabrın 29-dan noyabrın 30-na dəyişdirilib.

Nazirlikdən Modern.az-a bildirilib ki, noyabrın 30-da S.Babayev Kürdəmir rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Noyabrın 29-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı