Modern.az

İsa Qəmbər: “YAP bizə təklif etdi ki,...”

İsa Qəmbər: “YAP bizə təklif etdi ki,...”

Güncel

15 Sentyabr 2012, 10:39

“Bizi tənqid edənlərə dözümlü olmaq lazımdır”

Müsavat başqanı İsa Qəmbər siyasi partiyaların uzun müddətdən sonra biraraya gəldiyi dünənki görüşlə bağlı YAP rəhbərliyinə öz iradlarını bildirib. Modern.az-ın məlumatına görə, “Facebook”- sosial şəbəkəsində məsələyə münasibət bildirən Müsavat başqanı qeyd edib ki, prosedurlarla bağlı bəzi tənqidi qeydləri vurğulamaq lazımdır.

“YAP bizə təklif etdi ki, Ramil məsələsi ilə bağlı Avropa Parlamentinə birgə müraciət imzalayıb göndərək. Biz də layihəni istədik, aldıq, oxuduq, həm partiya rəhbərliyində, həm də müttəfiqlərimizlə məsləhətləşib bunu mümkün hesab etdik. Mətbuatda dərc olunan mətn layihədir, müzakirədə bizim də bəzi təkliflərimiz qəbul olunub, yəqin ki, son mətndə bəzi düzəlişlər ediləcək. Prosedurlarla bağlı bəzi tənqidi qeydləri qəbul etmək lazımdır, tədbiri neytral məkanda da keçirmək olardı, YAP rəhbərliyi qeyri-təvazökarlıq edib, yuxarı başda oturmaya da bilərdi. Amma, bu tipli tədbirlər çox nadir hallarda olur, (səhv etmirəmsə, 2009-da belə bir hadisə olmuşdu ki, iqtidar və müxalifət partiyaları YAP qərargahında Qarabağ mövzusunda birgə bəyanat imzalamışdılar). Gələcəkdə belə birgə tədbirlər olacaqsa, bu cür prosedur məsələlərində bu tənqidi qeydləri nəzərə almaq lazımdır. Bizi tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmaq lazımdır, əgər bəzi dostlarımız bizimlə söhbətə ehtiyac duymadan son qərar veriblərsə, canları sağ olsun, onlarla da söhbət edərik.

 Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır və qısa zamanda hamı buna əmin olacaq”,- deyə İsa Qəmbər bildirib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı