Modern.az

Taekvondoçularımız daha iki medal qazandılar

Taekvondoçularımız daha iki medal qazandılar

Aktual

26 Avqust 2021, 13:53

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.

 

Modern.az xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar. Turnirdə yeniyetmələrdən ibarət millimizin daha iki üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) Bolqarıstan, Rusiya, İspaniya və Serbiya təmsilçiləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Komanda yoldaşı İlyas Hətəmli (33 kq) isə serbiyalı və ispaniyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda ukraynalı idmançıya məğlub olaraq bürünc medalla kifayətlənib.

 

Bundan əvvəl komandamızın üzvlərindən yeniyetmələrin yarışında millimizin iki üzvü medala sahib olub. Hüseyn Xudiyev (65 kq) gümüş, Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı