Modern.az

“Türk dövlətləri ilə yeni əməkdaşlığa başlayırıq” - Fərid Şəfiyev

“Türk dövlətləri ilə yeni əməkdaşlığa başlayırıq” - Fərid Şəfiyev

Aktual

13 May 2022, 10:18

"Biz bu gün Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin 30 illiyini keçiririk. Bu il həm də Şuşa ili olduğuna görə də vacibdir. Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi bu il üçün vacib məsələdir. Bu bəyannamə iki dövlət arasında növbəti müttəfiqlik addımı idi. Hazırda regionda və Rusiya ilə Ukrayna arasında münaqişə bizi məcbur edir ki, qardaş Türkiyə ilə sıx əməkdaşlıq edək".

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

 

"Həmçinin "3+3" platforması iki qardaş ölkə tərəfindən region üçün təklif edilib. Amma artıq Gürcüstan bildirib ki, platformaya qatılmaq niyyətində deyil. Ona görə də biz düşünməliyik ki, regionda başqa hansı əməkdaşlıq edə bilərik. Burada Orta Asiya önəmli rol oynayır. Qazaxıstanın prezidenti və müdafiə naziri Türkiyədə səfərdə olub. Bu deməkdir ki, biz Türk dövlətləri ilə yeni əməkdaşlığa başlayırıq", - Fərid Şəfiyev regionla bağlı fikirlərini bölüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı