Koreya Respublikasının Milli Assambleyası Han Dok Sunun ölkənin baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Modern.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
"Han Dok Sunun namizədliyi prezident Yun Suk Yol tərəfindən irəli sürüldükdən 47 gün sonra 36 əleyhinə 208 səslə təsdiq edilib", - məlumatda deyilir.
Qeyd edək ki, Han Dok Su bundan əvvəl 2007-2008-ci illərdə Cənubi Koreyanın baş naziri olub.