Modern.az

Kliniki Tibbi Mərkəzdən bu foto ilə bağlı AÇIQLAMA

Kliniki Tibbi Mərkəzdən bu foto ilə bağlı AÇIQLAMA

Актуально

3 İyun 2022, 15:34

Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (KTM) çəkildiyi iddia olunan foto geniş müzakirələrə səbəb olub. Fotoda sistem şüşəsi əvəzinə "Sprite" içki qabının asıldığı görünür.

 

Məsələ ilə bağlı Modern.az-a danışan mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu fotonun KTM-də çəkilmədiyini bildirib.

 

E.Hidayətoğlu deyib ki, sosial şəbəkələrdə yayılan foto gerçəkliyi əks etdirmir:

 

“Çünki sözügedən foto Kliniki Tibbi Mərkəzdə çəkilməyib. Bizim mərkəzdə fotoda görüntülənən mənəzərə yoxdur və şəkil reallığı əks etdirmir”.

 

Qurum rəsmisi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini vurğulayıb.

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı