Modern.az

Təhsil Tələbə Krediti Fondundan maarifləndirici təlim - FOTOLAR

Təhsil Tələbə Krediti Fondundan maarifləndirici təlim - FOTOLAR

Aktual

Bu gün, 10:28

Təhsil Tələbə Krediti Fondu tərəfindən bölgə gənclərini ali, orta ixtisas və peşə təhsili almağa təşviq etmək, təhsilin əlçatanlığını artırmaq və bu sahədə bərabər imkanlar yaratmaq məqsədilə növbəti maarifləndirici tədbirlər həyata keçirilib.

Modern.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində tələbələr üçün maarifləndirici infosessiya və iki günlük təlim proqramı təşkil olunub.

BDU-nun Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva giriş sözü ilə çıxış edib.

Fondun əməkdaşı Günay Xəlilova iştirakçılara təhsil tələbə kreditləri, müraciət prosedurları, kreditlərin verilmə mexanizmləri və ödəniş şərtləri barədə ətraflı məlumat verib. Görüş interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb.

Eyni zamanda, “Yumşaq Bacarıqlar və Əmək Bazarına Hazırlıq” layihəsi çərçivəsində, təhsil tələbə kreditlərindən yararlanan Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Dövlət Aqrar Akademiyasının tələbələri üçün 20-21 may tarixlərində “Karyeraya Doğru: Planlama, CV və Müsahibə Bacarıqları” mövzusunda təlim proqramı keçirilib. Təlim zamanı Leyla Rəhimova tələbələrə karyera planlaması, əmək bazarının tələblərinin düzgün təhlili, peşəkar CV və motivasiya məktubunun hazırlanması, eləcə də uğurlu iş müsahibəsi bacarıqları barədə nəzəri və praktiki biliklər təqdim edib.

Tələbələr qrup işləri, situasiya əsaslı tapşırıqlar və müsahibə simulyasiyalarında fəal iştirak ediblər. Eyni zamanda gənclər düzgün ünsiyyət və təqdimat bacarıqları, özünüifadə, peşəkar davranış qaydaları və müsahibə zamanı qarşıya çıxan çətin situasiyaların idarə olunması barədə faydalı məlumatlar əldə eediblər.

Dinamik və interaktiv şəkildə təşkil olunan proqram tələbələrin aktiv iştirakına şərait yaradaraq, onların gələcək karyera inkişafına və əmək bazarına daha hazırlıqlı inteqrasiyasına töhfə verib.

2 günlük təlimin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı