Azərbaycanın 2026-cı ilin yanvar-mart ayları üzrə əsas ticarət tərəfdaşları açıqlanıb.
Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ticarət dövriyyəsində ən böyük paya malik ölkə İtaliya olub. Hesabat dövründə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 604,5 milyon ABŞ dolları təşkil edib.
Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 308,9 milyon dollar olub.
Çin 1 milyard 103,6 milyon dollarla üçüncü, Rusiya isə 746,8 milyon dollarla dördüncü sırada yer alıb.
ABŞ-la ticarət dövriyyəsinin həcmi isə 296,3 milyon ABŞ dolları təşkil edib.