Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında vəfat edib.
Bu barədə Modern.az-a Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı məlumat verib.
O bildirib ki, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov Moskvada ürəktutmasından vəfat edib.
Elvin Məmmədov Saxa-Yakutiya Dövlət Məclisinin üzvü, Saxa Azərbaycanlılarının Diaspor Təşkilatının başçısı, tanınmış xeyriyyəçi Əliş Məmmədovun oğludur.
“Əliş müəllimə, bütün doğmalarına başsağlığı verir, kədərlərini bölüşür, səbr diləyirəm”,- Ə.Qoşalı bildirib.
Allah rəhmət eləsin.