Modern.az

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Dünya

10 İyun 2010, 15:31

Türkiyənin Tokat vilayətinin Erba qəsəbəsi yaxınlığında hərbi helikopter qəzaya uğrayıb. Tokat valisi Şerif Yılmaz bildirib ki, hadisə zamanı sağ qalan olmayıb. Dörd nəfərin öldüyü bildirilir.

CNN Türk-ün xəbərində bildirilir ki, helikopterin düşdüyü ərazi dağlıq və qalın duman olduğundan xilasedici biriqada hadisə yerinə getməkdə çətinlik çəkir.

“Skorsky” markalı təyyarə Tokatdan Giresun şəhəri istiqamətində hərəkət edirmiş. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı