Səhiyyə Nazirliyi yanvarın 31-də 44 həkimi Türkiyəyə yola salacaq. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, azərbaycanlı həkimlər Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində ixtisasartırma kurslarına göndərilirlər.
Praktiki tibbi bilik və bacarıqlarını təkmilləşdirilmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin müxtəlif tibb mərkəzlərinə göndərilən mütəxəssislər, əsasən 5 pilot rayondan (Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakı) seçiliblər.
Kurslar əsasən 1 aylıq nəzərdə tutulub. Modern.az