Modern.az

Erkən nikahların, boşanmaların sayı artıb - AÇIQLAMA

Erkən nikahların, boşanmaların sayı artıb - AÇIQLAMA

Страна

25 Yanvar 2017, 13:36

“Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tahir Rzayev deyib.

T. Rzayev bu hallara qarşı müvafiq orqanların tədbirlər gördüyünü bildirib.

 

“Mən təklif edirəm ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkili tədbirlər planına salınsın”.

 

Komitə sədri Aqiyə Naxçıvanlı vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahat olduğunu bildirib.

 

O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarından narahatlıq doğurduğunu söyləyib. A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda “Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcək.

 

Mirmahmud Kazımoğlu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı