Modern.az

Hansı yerli radioya qulaq asırsınız? - SORĞU

Hansı yerli radioya qulaq asırsınız? - SORĞU

Страна

9 Mart 2017, 11:04

Radio informasiyanın geniş kütləyə çatdırılması vasitələrindən biri kimi müasir sivilizasiyanın nailiyyətlərindən biridir. Digər KİV-lər kimi, radionun köməyi ilə də insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər.

Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla özünlə daşıya bilərsən. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq mümkündür.

Azərbaycanda da radio dinləyiciləri az deyil. Lakin hazırda bizim radiolar daha çox musiqiyə yer verdiyindən, onlara münasibət birmənalı deyil.
 
Azərbaycan radiolarında təqdim olunan verilişlərdə aparıcıların xoşagəlməz intonasiyaları, tez-tez yad sözlərdən istifadə etmələri bəzən dinləyicilərdə qıcıq oyadır. Aparıcıların bir qismi rus, bir qismi ingilis aksenti ilə danışır. Müəyyən bir qisim də var ki, onların ümumiyyətlə, hansı dilin vurğuları ilə danışdığını müəyyənləşdirmək çətinlik yaradır.

Bütün bunlarla yanaşı, radio dinləyiciləri var və yəqin ki, olacaq da...

Modern.az saytının budəfəki sorğusu radiolarla bağlıdır: “Hansı yerli radioya qulaq asırsınız?”

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər...


İctimai radio
ASAN radio
“Xəzər” FM
“Space” radiosu
“Burç” FM
“Araz” FM
Radio Antenn
“Azad Azərbaycan” radiosu
Radio 106 FM
Respublika Radiosu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı