Modern.az

Ödənişsiz sınaq imtahanları keçiriləcək

Ödənişsiz sınaq imtahanları keçiriləcək

کشور

5 İyun 2017, 10:58

2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən  tələbə qəbulu ilə bağlı 5 – 20 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında keçiriləcək. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər  üçün ödənişsizdir.

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Dövlət imtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı