Modern.az

Xəzər dənizində kruiz gəzintisi olacaq

Xəzər dənizində kruiz gəzintisi olacaq

Ölkə

25 May 2011, 20:18


Səfirlər, jurnalistlər, müğənnilər, rəqqaslar dəniz gəzintisində 6 saat kefə baxacaqlar

Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin “Turizm İli” elan  edilməsi və Turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək”  layihəsi adı altında həyata keçirilən tədbirləri davam  etdirir. 
Nazirlikdən verilən məlumata görə, Azərbaycanın əlverişli coğrafi  mövqeyi və Xəzər dənizi boyunca  800 km-dən artıq su sərhədimizin olması  çeşidli turizm məhsullarının yaradılmasına münasib  zəmin yaradır. Bunlardan ən aktualı və prioritet sayılanı Xəzər dənizində kruiz gəzintisinin təşkil olunması vacib sayılır.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz gəzintisi təşkil ediləcək.
Respublika günü münasibətilə Xəzər dənizində General Əsədov adına gəmidə 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi, həmçinin tədbir çərçivəsində bayram münasibətilə atəşfəşanlığın canlı olaraq dənizdən izlənilməsi nəzərdə tutulub.
Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcək.
28 may Respublika günü münasibətilə təşkil olunacaq kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar, həmçinin, Kütləvi İnformasiya Vasitələri nümayəndələri də iştirak edəcək.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı