Modern.az

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Ölkə

26 May 2011, 23:32

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011”in 15-ci həftəsi də yekunlaşıb. 
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışma mayın 26-da daha bir iştirakçının çıxması ilə yadda qalıb.

Bu turda da müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edib. Bu, cəmi 55 bal toplayan Nigar Rəhimova olub.  
Beləliklə yarışmada 7 nəfər iştirakçı qalıb. Növbəti tur mayın 31-də start götürəcək.
 
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Növbəti tur gələn həftə keçiriləcək.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı