Modern.az

Uşaqlar Qənirə Paşayevanı ağladıb

Uşaqlar Qənirə Paşayevanı ağladıb

Страна

21 Oktyabr 2011, 09:51

Dünən Tiflisdə Azərbaycanlı və gürcü qaçqın uşaqların rəsm sərgisi keçirilib.

Sərgidə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Bu barədə məlumat verən deputat qeyd edib ki, Ermənistanın işğalı altında olan torpaqlarımızdan olan qaçqın uşaqlarımız istedadlı və ağıllı Mədinə, Pərviz və Muradın duyğuları onu ağladıb: “Tədbirin sonunda Gürcüstanın uşaq rəsm qalareyasına hədiyyə üçün Azərbaycan Xəritəsi və Azərbaycanı anladan rəsm çəkən uşaqlar çəkdikləri xəritədə Qarabağ sözünü yazmağı mənə həvalə etdilər. Altına isə bura bizim torpağımız və evimizdir yazaraq Gürcüstana hədiyyə etdilər. Onlara sizin sərgilərinizi mutləq Qarabağda keçirəcəyik, o gün uzaqda deyil, dedikdə uşaqların gözlərində ele gözəl parıltı yarandı ki, bunu sözlə ifadə etmək çox çətindir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı