Modern.az

Nazir şikayətçiləri qəbul edib

Nazir şikayətçiləri qəbul edib

Country

29 Noyabr 2011, 16:52

Noyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Ağcabədi və Yevlax rayonlarında olaraq, nazirliyin həmin rayonlar və ümumən ətraf rayonlar da daxil olmaqla 10 rayon üzrə fəaliyyət göstərən strukturlarının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına bildirilib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin yerində obyektiv tərzdə araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız olaraq şikayət ərizələri yazdıqları məlum olmaqla, eyni zamanda, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib.

Vətəndaşların müraciətlərin qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, vətəndaşlarla münasibətlərdə qanunsuz əməllərin aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi barədə tapşırıq verib. Həmçinin nazirliyin müvafiq qurumlarına vəzifəsinin icrasına məsuliyyətsiz və səhlənkar münasibət göstərən əməkdaşlar barədə tədbirlər görülməsi tapşırılıb.

Qeyd olunub ki, bir sıra hallarda yerli strukturların əməkdaşları tərəfindən vətəndaş müraciətlərinə baxılması işində səhlənkarlığa və diqqətsizliyə yol verilməsi yerindəcə həll olunması mümkün olan adi bir məsələ ilə bağlı yuxarı instansiyalara şikayət ərizələrinin yazılmasına səbəb olur. Odur ki, vətəndaşların müraciətlərinə əməkdaşlar tərəfindən diqqətlə yanaşılmalı, qaldırılan məsələlər onların öz səlahiyyətləri çərçivəsində obyektiv şəkildə həll edilməlidir.

“Vətəndaşların nazir Fizuli Ələkbərov tərəfindən qəbulu zamanı, aztəminatlı ailələrin bir çoxunda  yoxsulluq vəziyyətindən çıxmaq üçün  potensial imkanların mövcud olduğu, hətta gənc ailə üzvlərinin  yüksək balla ali təhsil müəssisələrinə daxil olaraq  təhsil aldıqları  və s. məlum olub. Bu da həmin ailələrin gələcəkdə aktiv yolla  yoxsulluq şəraitindən  çıxa biləcəklərini düşünməyə əsas verir.  
Məlumat üçün bildirək ki, cari ilin ötən dövründə nazir Fizuli Ələkbərov nazirlikdə və ayrı-ayrı bölgələrdə  olaraq, ümumilikdə 60-dan çox rayon üzrə vətəndaşları qəbul edib və onları nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı ayrı-ayrı instansiyalara ünvanladıqları şikayət ərizələrinə baxılıb. Şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, məqsədyönlü tədbirlər həyata keçirilib. Vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və  müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək”-deyə nazirlikdən bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı