Modern.az

Nazirlikdən işaxtaranlara xoş xəbər

Nazirlikdən işaxtaranlara xoş xəbər

Страна

24 Oktyabr 2012, 18:20

Cari ilin 9 ayında Bakıda keçirilən əmək yarmarkalarında 2146 nəfər işlə təmin edilib. Bu barədə Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Məşğulluq Xidməti tərəfindən oktyabrın 24-də Bakı şəhəri, Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən Əmək yarmarkası keçirilib.

Yarmarkanda rayon üzrə 14 müəssisə tərəfindən 178  boş (vakant) iş yeri, həmçinin kvota üzrə 3 vakant iş yeri təqdim edilib.  Onlardan 28-i qulluqçu,150-i fəhlə peşələri olub. Tədbirdə 15 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 12 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Məlumat üçün bildirək ki, cari ilin 9 ayında Bakı şəhərinin 11 rayonu üzrə keçirilən ixtisaslaşdırılmış mini və səyyar əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşlara ümumilikdə 415 müəssisə tərəfindən 5149 vakant iş yeri təqdim olunub. Həmin tədbirlərdə qeydiyyatdan keçmiş 4277 nəfər işsiz və işaxtaran vətəndaşlardan 2146 nəfərinə münasib iş yerlərinə göndəriş verilib, 227 nəfər peşə hazırlığı kurslarına, 1044 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı