Modern.az

“Çağ” 20 illiyini “Gülüstan”da qeyd edəcək

“Çağ” 20 illiyini “Gülüstan”da qeyd edəcək

Страна

27 Noyabr 2012, 06:37

Modern.az xəbər verir ki, bu gün Bakıda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir keçiriləcək.

Bu münasibətlə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

“Çağ” Öyrətim İşlətmələri Şirkəti (ÇÖİŞ) idarə heyətinin sədri Ənvər Özərən jurnalistlərlə müsahibəsində ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530 –dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olurlar. Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Anar KƏLBİYEV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı