Modern.az

YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsindən kənarlaşdırıldı

YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsindən kənarlaşdırıldı

Страна

11 İyul 2013, 11:03

Modern.az saytının məlumatına görə, bu gün hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının konfransı keçirilib. Konfransda təşkilatın rəhbərliyi dəyişib. Belə ki, indiyədək YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsini tutan Nəbi Xəlilov bu postdan kənarlaşdırılıb.
Əvəzində Ramiz Göyüşov hakim partiyanın Binəqədi təşkilatının sədri seçilib.

Modern.az-ın məlumatına görə, yeni sədr R.Göyüşov Binəqədi rayon İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. 

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı 1993-cü ildə təsis olunub. Qurumdan verilən məlumata görə, bu rayon təşkilatının 13500-dək üzvü var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı