Modern.az

Zeynal Nağdəliyev üçün özəl gün

Zeynal Nağdəliyev üçün özəl gün

Страна

5 Noyabr 2013, 11:27

Azərbaycan vətəndaşları hər gün bu ünvana yüzlərlə məktub yazır. Şikayətlər, təşəkkürlər, xahişlər… Bu şəxslərin üzlərini bəzən TV-lərdə görürük, qəzetlərdə müsahibələrini oxuyuruq. Onların çıxışları rezonans yaradır, polemika açır, müzakirələrə səbəb olur.

“Ağ Ev” adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Qurum əvvəl uzun müddət Prezident Aparatı adlanıb.

Bu gün Prezident Administrasiyasındakı məsul şəxslərdən birinin – Administrasiya rəhbərinin müavini, eyni zamanda Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin ad günüdür.
Modern.az saytının məlumatına görə, noyabrın 5-də onun 56 yaşı tamam olub.

1957-ci ilin noyabrında Bakıda anadan olan Z.Nağdəliyev Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsini bitirib. Tarix elmləri doktorudur. Sovet Azərbaycanında elitar və bahalı fakültələrdən sayılan Tarix fakültəsinin tələbələri həm də partiya üçün gələcək  kadrlar hesab olunurdu. Onlar burada təkcə tarixi öyrənmir, həm də ideoloji tezisləri mənimsəyirdilər. Tələbəliyi 70-ci illərə düşən Nağdəliyevin gözü önündə unversitetdəki milli ab-hava və ilk tələbə liderlər yetişib. Z.Nağdəliyev partiyanın “kiçik qardaşı” sayılan komsomol sıralarında karyera qurmağa başlayıb. Onun karyerası texniki-peşə məktəbindən başlanıb. 1981-82-ci illərdə 55 saylı peşə məktəbinə komsomol komitəsinin katibi göndərilən Nağdəliyev burada çox qərar tutmur.

1982-ci ilin isti avqust günündə onu “mərkəzə” - Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK) təlimaçı vəzifəsinə qəbul edirlər. SSRİ-də Qorbaçov “yenidənqurması” başlayanda Z.Nağdəliyev artıq mühüm post tuturdu. O, LKGİ-nin Əzizbəyov rayon komitəsinin birinci katibi idi. Altı ay burada işləyən Nağdəliyev 1986-cı iilin aprelində yenidən “mərkəzə”- LKGİ MK-ya qayıdır. Burada ona İdman, hərbi–kütləvi işlər şöbəsinin müdiri vəzifəsi tapşırılır.

1987-ci ildə isə o, artıq qurumun “ağır” yeri olan Təşkilatı-kadr işləri şöbəsinə rəhbərlik edir.
Komsomolçu Nağdəliyev bu vəzifədə ağır bir dönəmi- Bakıda 20 yanvar faciəsini qarşılamalı olur. O, SSRİ-yə qarşı kütləvi nifrət və etirazın təzahürü olan partiya biletlərindən imtina kampaniyasının ağır yükünü çiynində daşımalı olur. Gərgin və siyasi ehtirasların tuğyan elədiyi 90-cı illərdə soyuqqanlı olan Nağdəliyev kareyrasını davam etdirir. 1990-cı ilin iyulunda LKGİ MK-nın katibi postuna irəli çəkilən Nağdəliyev bu postunu müstəqil Azərbyacan dövləti sistemində saxlayır. Partiya və komsomol sistemin dağılmasından sonra yerində yeni təşkilat kimi yaradılan Azərbaycan Gənclər Təşkilatı onun xidmətlərindən imtina etmir. Nağdəliyev yeni qurumda köhnə katib postunu 1994-cü ilə qədər saxlaya bilir.  

1994-cü il Z.Nağdəliyev üçün karyera baxımından ən çətin illər olur. O Azərbyacanı tərk edərək Rusiyaya gedir. Burada özünün köhnə əlaqələri hesabına bir müddət yaşayan Z.Nağdəliyevin komsomol kareyrası onun karına gəlir. 2001-ci ildə o, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru təyin edilir. Bu, artıq yeni təşkilat və tamam ayrı dövlət idi. Burada işlədiyi müddətdə Z.Nağdəliyev Azərbyacan hakimiyyətinin diqqətini cəlb edə bilir. Nəticədə o, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 2003-cü ilin aprelində Lənkəran İcra Hakimiyyətinin başçısı təyin olunur. Burada 2005-ci ilin sonuna qədər çalışan Z.Nağdəliyev Azərbaycan siyasi tarixində yadda qalan iki seçkiyə cavabdehlik daşıyıb. 2003-cü ilin prezident  və 2005-ci ilin parlament seçkilərinə. Çox gərgin siyasi atmosferlə müşayiət olunan 2003 seçkiləri Lənkəranda polislə ciddi qarşıdurma ilə yadda qaldı. 2005-ci il seçkiləri Z.Nağdəliyevin sonrakı karyerası üçün bir təkan oldu. O həmin ildən etibarən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2012-ci il iyunun 22-də prezident İlham Əliyevin sərəncamı ilə Zeynal Nağdəliyev  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

29 noyabr 2012-ci il tarixindən isə Z.Nağdəliyev həm də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Ailələlidir, iki övladı var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı